Flik İspaniya millisinin baş məşqçisini tənqid etdi: Necə olduğunu bilirəm
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Lamin Yamalın zədələnməsindən sonra İspaniya millisinin baş məşqçisi Luis de la Fuenteyə iradlarını bildirib.
Aut.az xəbər verir ki, o, bu sözləri deyib:
“Lamin “Valensiya” ilə oyunda iştirak edə bilməyəcək. Bu xoşagəlməz haldır, çünki o, millidə oynayarkən ağrı hiss edirdi, bir neçə zədə almışdı, bəzi problemləri vardı, amma hər oyunda 79 və 73 dəqiqə meydanda qaldı. İspaniyada dünyanın ən yaxşı futbolçuları var, və bəzən gənc oyunçulara qayğı göstərmək lazım olur.
De la Fuenteylə danışmamışam, onunla yalnız mesajlaşmışam. Onun ingiliscəsi çox yaxşı deyil, mənim ispancam da. Ünsiyyət daha yaxşı ola bilərdi. Millidə məşqçi kimi işləmişəm və necə olduğunu bilirəm, amma klubla ünsiyyət daha yaxşı olmalıdır, çünki orada yalnız Lamin yox, digər oyunçular da var.
Qeyd edək ki, “Barselona” – “Valensiya” oyunu bu gün saat 23:00-da keçiriləcək.
