İkardi çılpaq FOTO paylaşdı: Bu iddiaya cavab vermək üçün
Məşhur argentinalı hücumçu Mauro İkardi bu dəfə transferlərə və ya şəxsi həyatına görə deyil, fiziki hazırlığına görə yenidən diqqət mərkəzindədir.
Aut.az xəbər verir ki, artıq çəkisi ilə bağlı sosial mediada tənqid dalğasından sonra “Qalatasaray”ın hücumçusu bu iddialara öz üslubunda cavab vermək qərarına gəlib.
İkardi sosial şəbəkədə güzgü qarşısında çəkilmiş və “Para los haters…” yazısı ilə müşayiət olunan kifayət qədər açıq-saçıq bir fotoşəkil yerləşdirib.
Fanatların şərhləri yağış kimi yağıb. Onun mesajı daha bir neçə foto ilə müşayiət olunub və bu, pərəstişkarları arasında müzakirələrə səbəb olub.

Aut.az
