Ronaldo: Onlar deyirlər ki, guya…
Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, ictimai rəyin onun üçün artıq heç bir əhəmiyyət daşımadığını bildirib:
“Mənə insanların haqqımda nə düşündüyü fərq etmir. Onlar deyirlər ki, guya mən təkəbbürlüyəm, amma bu, məni maraqlandırmır. İctimai rəy mənim üçün artıq əhəmiyyət kəsb etmir”
Aut.az
