Qaydasız döyüş

Gürcü ilə döyüş İslamı nə üçün cəlb edir?

Yüngül çəkidə UFC-in keçmiş çempionu İslamMahaçev 70 kq çəki dərəcəsində UFC çempionu, ispan-gürcüstanlı İliya Topuriya ilə döyüşməkdə maraqlı olub-olmadığını açıqlayıb.

Aut.az xəbər verir ki, Mahaçev bu barədə Match TV-yə müsahibəsində deyib.

-Cek Della Maddalena ilə döyüşün var. Amma hamı Mahaçev-Topuriya döyüşündən danışır, bu gündəmdədir. Maraqlıdırmı?

– Mən belə düşünürəm. Bu əla olardı. Azarkeşlər üçün də maraqlıdır, mənim üçün də. Çünki ilk növbədə, bu döyüşdən danışırlar.

– İnsanların marağına, yoxsa şəxsi maraqlarına görə bu döyüş səni cəlb edir?

– O, mənim üçün necə maraqlı ola bilər? Mən 70 kq-a düşsəm və İlya Topuriyanı məğlub etsəm, mənə nə gətirəcək? Kəməri yenidən qazanacam? O kəmər məndə var. Bu, ilk növbədə insanlar üçün maraqlıdır.

Məni çəkini 70 kq-a endirmək, özümə işgəncə vermək maraqlı deyil.

Mahaçovun sonuncu döyüşü yanvarın 18-də olub. Kaliforniyanın Los-Anceles şəhərində keçirilən UFC 311-in əsas döyüşündə İslam braziliyalı Renato Moikanonu ilk raundda məğlub edib.  Bu, İslamın yüngül çəkidə ardıcıl 14-cü qələbəsi idi.

Aut.az