“Hasbik” 9 yaşlı fenomenə məşq keçdi – VİDEO
UFC səfiri, daha çox “Hasbik” kimi tanınan Həsbulla Mahəmmədov, 9 yaşlı TikTok ulduzu ilə boks məşqi keçirib.
Aut.az xəbər verir ki, görüş Kaleb Presslinin “Sundae Conversations” adlı verilişində baş tutub. Verilişin qonağı isə “The Rizzler” ləqəbi ilə tanınan Kristian Cozef olub. 23 yaşlı Məhəmmədov yeniyetmə həmkarına bir neçə məsləhət verib.
O deyib: “Əgər düzgün həyat tərzini seçsə və böyüklərə qulaq assa, hər şey plana uyğun gedəcək”.
Aut.az
