O döyüşə qədər 40 gün məşq etməyibmiş
Yarım ağır çəkidə keçmiş UFC çempionu Maqomed Ankalayevin meneceri Əli Əbdüləziz, onun qabırğasından aldığı zədə səbəbindən UFC 320-də braziliyalı Aleks Pereyra ilə revanş oyunundan əvvəl 40 gün ərzində güləş və mübarizə ilə məşğul ola bilmədiyini açıqlayıb.
Aut.az xəbər verir ki, “Red Corner MMA” “X” sosial çedia hesabında Əli Əbdüləzizdən sitat gətirib:
“Ankalayev bu döyüşə qədər demək olar ki, 40 gün məşq etmədi. O, Dağıstandan qabırğası sınıq gəlmişdi və biz hər dəfə sparrinqi dayandırmalı olduq (zədəni ağırlaşdırmamaq üçün).
Bu müddət ərzində onun etdiyi yeganə şey iplə tullanma, qaçış, yastıqcıqlar idi. Maqomed heç bir güləş məşqi etmədi.
Hesab edirəm ki, o, titul uğrunda döyüşmək umun bir döyüşdə qalib gəlməlidir”.
Pereyra Ankalayevə ilk raundda nokautla qalib gəlib.
Aut.az
