Qayıdıram: Danışıq apardığını təsdiqlədi
İrlandiyalı qarışıq döyüş sənətçisi (MMA) Konor Makqreqor Drink Litt ilə “Ultimate Fighting Championship” (UFC) ilə danışıqlar barədə danışıb.
Aut.az xəbər verir ki, Konor bu barədə “İnstaqram”da paylaşım edib:
“Növbəti döyüşümlə bağlı UFC ilə danışıqlar aparıram. Bu, Ağ Evdə və ya yaxınlıqdakı bir yerdə baş tutacaq. Döyüş yayda baş tutacaq. Konor Makqreqor geri qayıdır”, – irlandiyalı bildirib.
Ötən ilin oktyabr ayında Makqreqor UFC-nin Ağ Ev tədbirində iştirak edəcəyini açıqlamışdı . Lakin promouterlik şirkəti irlandiyalı döyüşçünün səkkizbucaqlıya qayıdacağını təsdiqləməyib.
UFC Ağ Ev turniri 14 iyun 2026-cı ildə ABŞ -da keçiriləcək.
Aut.az
