Qaydasız döyüş

Həbibin gözünün altına “fənər”i kim həkk edib? – FOTO

“Bellator” çempionu Usman Nurməhəmmədov əfsanəvi əmisi oğlu  Həbib Nurməhəmmədova gözünün altındakı qançır haqda danışıb.

Aut.az xəbər verir ki, daha əvəl Həbib gözünün altının göyərmiş şəklini yerləşdirərək yazmışdı: “Bəlkə bu o deməkdir ki, mən qocalıram?”

“Xeyr, onun gözünün altını mən qaraltmamışam. Bu, İslam Mahaçevlə döyüşən zaman baş verib. Bunun necə baş verdiyini bilmirəm. Həmin gün istirahət günüm var idi. Çünki Həbib bütün həftə məni çox işlətdi və sonra dedi: “Bu gün dincələ bilərsən”. Gələndə dedim ki, gözün nə olub? Belə cavab verdi: “Biz döyüşərkən İslam “fənər” həkk etdi”, – kiçik Nurməhəmmədov “Sportskeeda”ya müsahibəsində deyib.

Həbibin gözünün altına “fənər”i kim həkk edib? – FOTO

Aut.az