Qaydasız döyüş

Bir neçə gündən sonra döyüşə çıxacaq Fiziyev oruc tutur?

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev müsəlmanların müqəddəs Ramazan ayında döyüşə hazırlığından danışıb.

Aut.az xəbər verir ki, bu həftə sonu UFC 313-də Fiziyev amerikalı Castin Qetci ilə qarşılaşacaq.

“Bu, mənim Ramazanda ilk döyüşümdür. Həmişə əlimdən gələni etmişəm ki, Ramazandan əvvəl və ya sonra çıxış edim. Mənim üçün bu ayda Allaha yaxın olmaq və dinimdə etməli olduğum işi görmək daha vacibdir. Amma bəzən elə olur ki, imtina edə bilmirik.

Peşəmiz bizdən hər an döyüşə hazır olmağı tələb edir. İndi oruc tutmuram, çünki evdən uzaqdayam. Bir həftə darıxacağam, sonra hamısının əvəzini çıxaracağam – döyüşdən sonrakı gün oruc tutmağı planlaşdırıram”, – Fiziyev mətbuat konfransında deyib.

Aut.az