UFC olimpiya çempionunun yolunu gözləyir
UFC prezidenti Deyn Uayt bildirib ki, təşkilat ağır çəkidə güləş üzrə Olimpiya çempionu (125 kq-a qədər) Qeybl Stivensonun karyerasını diqqətlə izləyir.
Aut.az xəbər verir ki, Uayt bu barədə “BJ Penn” portalına danışıb:
“Sizdə inanılmaz dərəcədə güclü, ən yüksək səviyyədə yarışan və sonra Qeybl kimi MMA-ya keçən oğlan böyük maraq yaradır. Biz onun inkişafını diqqətlə izləyirik və nəticələrini səbirsizliklə gözləyirik.
Təsəvvür edin, Brok Lesnar UFC-yə WWE-dən gəldi, o qədər güclü güləşçi idi ki, titul qazandı. İndi də oxşar güləş təcrübəsi olan, kiçik liqalarda yüksələn və təcrübə qazanan bir oğlanımız var. Nəhayət, Qeybl bizə çatacaq. Sonra onun nəyə qadir olduğunu görəcəyik”.
Aut.az
