Merab titulunu qorudu
İyunun 7-dən 8-nə keçən gecə Nyuarkda (Nyu-Cersi, ABŞ) qarışıq döyüş sənəti üzrə UFC 316 turniri baş tutub.
Aut.az xəbər verir ki, şounun əsas yarışında yüngül çəki dərəcəsində çempion Merab Dvalişvili revanş görüşündə bu divizionda keçmiş çempion Şon O’Malliyə qarşı titulunu qoruyub.
Mübarizə üçüncü raundda Dvalişvilinin qələbəsi ilə başa çatıb. Beləliklə, Merab ardıcıl ikinci dəfə çempion kəmərini qoruyub.
Aut.az
