Yenə də burnunu sındırdı
Keçmiş UFC çempionu Merab Dvalişvili burnunu yenə də sındırdığını açıqlayıb.
Aut.az xəbər verir ki, bu dəfə gürcü döyüşçü ABŞ-ın Arlinqton şəhərində keçirilən RAF 09 turnirində amerikalı Frenki Edqarla döyüş zamanı zədə alıb.
“Burnumun vəziyyəti yaxşı idi, amma başıma dəyən zərbələr nəticəsində yeni sınıq yarandı. Burnumu dəfələrlə sındırmışam. Və bu, məni heç vaxt dayandırmayıb. Sadəcə burnum sınıb. Biz bunun üzərində işləyirik, hər şey yaxşıdır”, – deyə “MMA Fighting” Dvalişvilinin sözlərini sitat gətirib.
Aut.az
