UFC ulduzunun həyat yoldaşı və oğlu dəhşətli qəzaya uğradı
İyulun 27-də Almatı-Yekaterinburq magistralında “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil aşıb.
Aut.az xəbər verir ki, bu barədə “Tengri Sport” da daxil olmaqla, Qazaxıstan KİV-i məlumat yayıb.
Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər xəstəxanaya yerləşdirilib. Müxtəlif mənbələrə görə, maşında qazaxıstanlı UFC döyüşçüsü Şavkat Rahmonovun həyat yoldaşı və oğlu da olub.
Ölənlər arasında idmançının yaxınlarının olmadığı bildirilir. Onların vəziyyəti orta ağırdır.
Aut.az
