Hazıram: Merab məğlub olduğu rəqibinə meydan oxudu
Gürcüstanlı keçmiş UFC çempionu Merab Dvalişvili keçmiş rəqibi, amerikalı Henri Sehudo ilə döyüşməyə hazır olduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, Dvalişvili RAF-ın mətbuat konfransında bildirib.
“Ona meydan oxumaq istəyirəm. Mən hazır olanda yoxa çıxdı. Henri, ümid edirəm ki, mənimlə üzləşməyə cəsarətin çatar. Qardaş, mənə bir az Meksika cəsarəti göstər!
Bu, mübarizədir və bir xal hər şeyi dəyişə bilər. Mən RAF-ı sevirəm. Bu, məni motivasiya edir. Bu, yolda qalmaq və daha yaxşı olmaq üçün əla səbəbdir. Mən hazıram. Kim olursa olsun, mən hər kəsə meydan oxumağa hazıram”.
Xatırladaq ki, Dvalişvili RAF 09 turnirində keçmiş UFC çempionu amerikalı Frenki Edqarı məğlub edib.
Aut.az
