Qaydasız döyüş

Uaytdan Konorla bağlı açıqlama: Qayıdır?  

UFC prezidenti Deyn Uayt 37 yaşlı əfsanəvi irlandiyalı döyüşçü və ilk ikiqat UFC çempionu Konor Makqreqorun növbəti döyüşü ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, “MMA Fighting” Uaytın sözlərini sitat gətirib:

“Xeyr, hələlik heç bir yeniləmə yoxdur, amma açıq-aydın Konorla danışırıq. Ancaq onun geri dönüşü üçün real vaxt qrafiki yoxdur. Hazırda Konorla görüşmək üçün dəqiq bir tarix yoxdur. Hətta yaxın da deyil”.

İrlandiyalı 2021-ci ilin iyul ayında UFC 264-də keçmiş UFC müvəqqəti yüngül çəki çempionu Dastin Poreyə ilk raundda texniki nokautla (ayaq zədəsi) məğlub olduqdan bəri qarışıq döyüş sənətləri yarışlarında döyüşməyib.

Aut.az