Qaydasız döyüş

Həbibin unikallığı: “Hamı maşın almaq istəyirdi, amma mən…”

UFC əfsanəsi Həbib Nurməhəmmədov qarışıq döyüş ustası kimi unikallığından danışıb.

“Bunu özüm haqqında deyəcəyəm. Mən gənc olanda, uşaqlıqda hamı avtomobil sahibi olmaq arzusunda idi. Amma mən isə həmişə maşın olmaq istəmişəm. Bu, mənim komandamın döyüşçüləri ilə fərqimdir”, – deyə Həbib sosial şəbəkədə paylaşdığı videoda bildirib.

Həbib Nurməhəmmədov 29 MMA döyüşü keçirib və hamısında qalib gəlib. 2020-ci ildə UFC yüngül çəki çempionu kimi karyerasını bitirib.

Aut.az