Qaydasız döyüş

Dvalişvili Həbibin rekordunu qıra bilmədi

UFC çempionu Merab Dvalişvili Las-Veqasdakı turnirdə titulunu qoruyub.

Aut.az xəbər verir ki, gürcü döyüşçü bu gecə Kori Sendhegen üzərində qələbə qazanaraq yüngül-çəki kəmərini əldən verməyib.

Beş raund davam edən qarşılaşmada Dvalişvili 20 uğurlu teykdaun həyata keçirib və UFC tarixində titul döyüşləri üçün yeni rekord müəyyənləşdirib.

Absolyut rekorda isə bir hərəkət çatmayıb. 2013-cü ildə Həbib Nurməhəmmədov Abel Truxilyoya qarşı döyüşdə 21 uğurlu teykdaun etmişdi.

Sendhegenlə görüş zamanı Dvalişvili UFC tarixində karyerası ərzində 100-dən çox uğurlu teykdaun reallaşdıran ilk döyüşçü olub.

Aut.az