Qaydasız döyüş

Həbiblə görüşdü: Böyük şərəfdir – FOTO

Çeçen əsilli 27 yaşlı alman qarışıq döyüş ustası İslam Dulatov yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovla görüşüb .

Aut.az xəbər verir ki, Dulatov sosial şəbəkədəki səhifəsində yazıb: “Böyük şərəfdir”.

Yada salaq ki, Dulatov UFC-yə UFC prezidenti Deyn Uaytın seçim layihəsi ilə daxil olub. 2024-cü ilin oktyabrında Dulatov braziliyalı Vanilton Antunesə qarşı ilk raundda təmiz nokautla qalib gəlib və UFC rəhbərini onunla müqavilə bağlamağa inandırıb.

UFC-də ilk döyüşündə Dulatov amerikalı Adam Fuqittlə qarşılaşıb. Dulatov ilk raundda nokautla qalib gəlib. Bu döyüş onun UFC-də debütü idi. Ümumilikdə, Dulatovun aktivində qarışıq döyüş növləri üzrə 14 qələbə və bir məğlubiyyət var.

Aut.az

Həbiblə görüşdü: Böyük şərəfdir - FOTO