Dünya futbolu

Messi karyerasını bitirdikdən sonra bu vəzifədə çalışa bilər

Argentina millisinin hücumçusu Lionel Messi yaxın vaxtlarda “İnter Mayami” ilə yeni müqavilə imzalayacaq.

Aut.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Tərəflər arasında şərti yeni razılaşma 2028-ci ilə qədər nəzərdə tutulub. 38 yaşlı ulduz futbolçu istədiyi zaman karyerasını başa vurmaq imkanına sahib olacaq.

Mənbənin bildirdiyinə görə, MLS təmsilçisi Messiyə futbolçu karyerasını bitirdikdən sonra klubda rəhbər vəzifə təklif etməyə də hazırdır.

Bu mövsüm Leo “İnter Mayami”nin heyətində bütün turnirlər daxil olmaqla 23 oyunda meydana çıxıb, 19 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az