“Real”ın qapıçısı Ukrayna ordusuna dəstəyə görə mükafat aldı – FOTO
“Real”ın ukraynalı qapıçısı Andrey Lunin “Vurdalaki” xüsusi təyinatlı hərbi hissəsinin təşəkkürünü alıb.
Aut.az xəbər verir ki, bu barədə qapıçının həyat yoldaşı Anastasiya Lunina İnstaqramda məlumat verib.
25 yaşlı futbolçu “sistemli dəstəyə, aktiv vətəndaşlığa, Ukraynanın gələcəyi uğrunda mübarizə ideyalarına sədaqətinə və Ukrayna Müdafiə Qüvvələrinin gücləndirilməsinə mühüm şəxsi töhfəsinə görə” mükafata layiq görülüb.
Bu mövsüm Andrey Lunin “Real”ın heyətində 20 oyun keçirib, 16 qol buraxıb. Ukrayna millisinin qapıçısı 9 matçda qapısını toxunulmaz saxlayıb.

Aut.az
