Əfsanəvi “Kamp-Nou”dan əsər-əlamət qalmayıb – VİDEO
“Barsa”nın ev stadionunun yenidən qurulması davam edir.
Aut.az xəbər verir ki, komandanın gələn il öz arenasına qayıtması planlaşdırılır.
Bu yaxınlarda məlum oldu ki, “Barselona” öz stadionundan “ot almazları” satmağa hazırlaşır.
“Mundo Deportivo” xəbər verir ki, kataloniyalılar arenanın açıldığı il şərəfinə “Etern Spotify Camp Nou 1957” adlı bəzək kolleksiyası yaratmaq üçün “Camp Nou” qazonundan istifadə edirlər.
Klub almaz istehsalı üzrə ixtisaslaşmış “Brilianto” şirkəti ilə müqavilə bağlayıb. Tərəflər qızıldan hazırlanmış, qiymətli daşlarla bəzədilmiş döş nişanları, bilərziklər, qol düymələri, üzüklər, boyunbağılar və digər aksesuarların yaradılması barədə razılığa gəliblər.
