İspaniyaİngiltərə

Ter Ştegen İngiltərə klubuna keçməkdən imtina etdi: Başqa planı var

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen İngiltərəyə köçmək niyyətində deyil.

Aut.az xəbər verir ki, 33 yaşlı futbolçunu heyətinə qatmaq istəyən “Vest Hem” alman qolkiper üçün mövsümün sonuna qədər icarə variantı təklif edib. “Mundo Deportivo”nun məlumatına görə, ter Ştegen bu təklifi düşünmədən rədd edib, çünki ailəsindən çox uzağa getmək istəmir.

OnunKataloniyanın digər klubu “Jirona”ya keçməyə hazır olduğu iddia olunur.

Cari mövsümdə “Barsa”nın kapitanı meydanda cəmi 1 oyunda iştirak edib. Onun klub ilə mövcud müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

“Vest Hem” isə Premyer Liqada 22 turdan sonra turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Aut.az