İngiltərə

“Çelsi” ona qiymət kəsdi – Müştərisi çoxdur

“Bavariya”nın “Çelsi”nin hücumçusu Kristofer Nkunku ilə maraqlandığı barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, London klubu futbolçunu satmağın əleyhinə deyil. Amma onu ucuz satmaq niyyətində də deyillər.

Kristofer Nkunku 2023-cü ilin yayında 60 milyon avroya (50 milyon funt-sterlinq) “RB Leypsiq”dən “Çelsi”yə keçib. Nkunku Almaniyada çıxış etdiyi müddətdə 171 matçda 69 qol vurub və 53 məhsuldar ötürmə edib.

Kristofer Nkunku bu mövsüm “Çelsi”nin heyətində bütün yarışlarda 28 oyuna çıxıb. 13 qol vurub, 4 məhsuldar ötürmə verib. Futbolçunun müqaviləsi 2029-cu ilin yayına kimi qüvvədədir.

“Bavariya” və “Çelsi” Nkunkunun transferi ilə bağlı danışıqlara başlayıb. “Çelsi” ilkin qiyməti 65 milyon funt-sterlinq təyin edib. Forvardla “Atletiko Madrid” də maraqlanır.

Aut.az