“Barsa” bu işi həll etdi: Kənardan kömək olmadan
“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun hazırkı maliyyə durumundan danışıb.
Aut.az xəbər verir ki, Laportanın sözlərini “X” sosial şəbəkəsində “Barca Times” sitat gətirib.
“Biz “Barsa”nın maliyyə bərpasını tamamladıq. Bunu improvizasiya və kənardan kömək olmadan etdik. Biz bir çox dəyərlərə, prinsiplərə və etikaya malik klubuq. “Barselona sadəcə bir klubdan daha çox şeydir”, – Laporta deyib.
Aut.az
