İspaniyaAlmaniya

“Real”ın yay planı: 70 miyonluq futbolçu hədəfə alındı

“Bayern”in müdafiəçisi Alfonso Devis yayda klubunu dəyişə bilər.

Aut.az xəbər verir ki, futbolçu ilə “Real” maraqlanır. Bu barədə “Relevo” məlumat yayıb.

Mənbənin məlumatına görə, Madrid klubu 22 yaşlı kanadalı cinah futbolçunu mövsümlərarası fasilədə heyətinə qatacağına əmindir. Bununla bağlı yaxın zamanda müəyyən addımlar atılacaq.

Bu mövsüm Devis bütün yarışlarda 14 oyun keçirib və 3 məhsuldar ötürmə edib. Futbolçunun Münhen komandası ilə müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatır. Transfermarkt oyunçunun dəyərini 70 milyon avro olarq qiymətləndirir.

Aut.az