İspaniya çempionatını təriflədi – Məqsədi nədir?
“Bavariya”nın baş məşqçisi Tomas Tuxel İspaniya çempionatına rəğbətini ifadə edib.
Aut.az xəbər verir ki, o, bu barədə “Sky Sports” jurnalistinin gələcəyi ilə bağlı sualını cavablandırarkən deyib.
“Mənim gələcəyim? Yenidən Almaniyadan kənarda məşqçilik etmək istərdim. İspaniyanın əla liqası var. Mənim nöqteyi-nəzərimdən və ispan futbolçularla işləmək təcrübəmə əsaslanaraq, onlar özlərinə çox güvənən insanlar kimi səciyyələndirilir”, – deyə Tuxel bildirib.
Tuxel bu sözləri “Barselona”nın baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılacağını elan etdikdən bir gün sonra deyib.
Aut.az
