İspaniya

Gündoğanın “Barsa”da ilk ili niyə zəif olub? – Görün günahkar kimdir

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan dolayısı ilə komandanın keçmiş baş məşqçisi Xavini 2023/24 mövsümündəki zəif çıxışına görə günahlandırıb.

Aut.az xəbər verir ki, Gündoğanın sözlərini “Football Espana” sitat gətirib.

“Barselona”da mənə uyğun gələn bütün mövqelərdə oynamışam. Çoxlu mövqe dəyişikliyi ilə bir az xaotik idi. Daim uyğunlaşmalı oldum. Bəzən yaxşı oynamaq, həm də öz mövqeyində oynamaq deməkdir”, – Gündoğan bildirib.

Gündoğan Kataloniya klubuna 2023-cü ilin yayında azad agent kimi keçib. Almaniya millisinin oyunçusu mavi qranatlar üçün debüt mövsümündə 55 oyun keçirib, 6 qol vurub və 16 məhsuldar ötürmə verib.

Aut.az