Peresin Alonso ilə bağlı gizli planı üzə çıxdı
“Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso “Real”a rəhbərlik edə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
Qeyd olunur ki, klub rəhbərliyi Karlo Ançelottinin gedişindən sonra Alonsonu şirnikləndirməyə cəhd edəcək.
Ötən gün ispaniyalı mütəxəssis mövsümün sonunda “Bayer”dən ayrılmaq fikrində olmadığını mətbuata açıqlayıb. Xəbər Madrid klubu tərəfindən müsbət qarşılanıb. Çünki bu qərar onların növbəti bir neçə il ərzində klubun inkişafı üçün hazırlanan planına uyğundur.
Bildirilir ki, Florentino Peres Xabini Ançelottinin varisi və qurulmaqda olan gənc komanda üçün ideal məşqçisi kimi görür. “Peres praqmatikdir: Alonsonun Real Madridə lazım olduğunu hiss edəndə onun yanına gələcək”, – deyə mənbə bildirir.
Aut.az
