Boks

Tayson Mayamiyə gəldi, onun məğlubiyyətinə şahidlik etdi

Ağır çəkidə keçmiş şəksiz dünya çempionu Mayk Tayson Mayamidə keçirilən Masters seriyalı turnirə qatılıb.

Aut.az xəbər verir ki, “Dəmir Mayk” Qriqor Dimitrovla Karlos Alkaras arasında keçirilən 1/4 final oyununa baxıb. Qarşılaşmada bolqar tennisçi qalib gəlib ( 6:4, 6:2 ).

Qeyd edək ki, Taysonun 16 yaşlı qızı Milan tennis oynayır. Keçən il Mayk Fransa Açıq çempionatının yarımfinalında Karlos Alkaras və Novak Cokoviç arasında keçirilən görüşdə görüntülənib.

Aut.az