Tayson döyüş zamanı əlcəyi niyə dişləyib?
Bloger Ceyk Pola yekdil qərarla uduzan əfsanəvi boksçu Mayk Tayson döyüşdən sonra rinqdə jurnalist Ariel Helvani ilə söhbət edib.
Aut.az xəbər verir ki, o, döyüş zamanı əlcəyi dişləməsinin səbəbini açıqlayıb.
– Niyə əlcəyi dişlədin? Ağız qoruyucusu ilə bağlı hansısa problem var idi, yoxsa…
– Döyüş zamanı əlcəyimi dişləmək kimi bir vərdişim var.
– Niyə belə edirsən?
– Bu mənim təxəyyülümdür (Holifildlə insidentdə işarə edir).
– Bu barədə eşitmişəm. Amma daha eşitmək istəmirəm.
Aut.az
