Boksa qayıtmağı planlaşdırır
Keçmiş UFC çempionu Frensis Nqannou PFL-də bir döyüş keçirdikdən sonra boksa qayıtmağı planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə idmançının özü məlumat verib.
“Hazırda mütləq MMA döyüşünə hazırlaşıram. PFL ilə müqavilə bağladıqdan sonra bir il ərzində görüş keçirməli idim. İndi biz qrafikdən bir qədər geri qalmışıq. Amma PFL-də debütümdən sonra yəqin ki, yenidən boksa qayıdacam. Görək hansı döyüşlər mənim üçün əlçatan olacaq. Düşünürəm ki, hələ bir neçə boks görüşü üçün kifayət qədər vaxtım var. Eyni zamanda bir neçə MMA döyüşü də keçirə bilərəm”.
Nqannu oktyabrda PFL-də debüt etməyə planlaşdırırdı. O, bir il əvvəl promoşunla müqavilə imzalayıb. Bu müddət ərzində Tayson Fyuri və Entoni Coşuaya qarşı iki boks döyüşü keçirib.
Aut.az
