Boks

Tayson bu döyüşlə bağlı proqnoz verdi

Əfsanəvi Mayk Tayson meksikalı Saul “Kanelo” Alvares (59-2-2, 39 KO) və amerikalı Jermell Çarlo (35-1-1, 19 KO) arasında keçiriləcək döyüşlə bağlı proqnoz verib.

“Düşünürəm ki, yaxşı döyüş olacaq. Mən Çarloya üstünlük vermək istəyirəm. Kanelo əvvəlki kimi deyil, amma məncə, Çarloya qarşı kifayət qədər gücə malik ola bilər.

Mən Jermellin uğur qazanmasını istəyirəm, amma Kanelo qalib gələcək. Bilirəm, bu asan olmayacaq”, – deyə Tayson bildirib.

Saul Alvares və Jermell Çarlo arasında döyüş sentyabrın 30-dan oktyabrın 1-nə keçən gecə Amerikanın Las-Veqas şəhərində baş tutacaq.

Aut.az