Boks

“Müasir boksda Mayk Taysonu yalnız o məğlub edə bilərdi”

Keçmiş dünya çempionu Larri Holms əfsanəvi Mayk Taysonu məğlub edə biləcək müasir boksçunun adını çəkib.

Aut.az xəbər verir ki, Holms Tayson Fyurini xüsusi qeyd edib:

“Belə hipotetik mübarizədə Fyuriyə şans verməliyəm. Hündürboy, uzun qolları var və gicgahdan yaxşı istifadə edir. O, çox şey edə bilər. Əgər Fyuri kifayət qədər məşq etsə, düşünürəm ki, o, Mayk Taysonu məğlub edə bilər”.

Qeyd edə ki, keçmiş mütləq dünya çempionu Mayk Tayson döyüşməkdən qorxduğu müasir boksçunun adını çəkmişdi. “Dəmir Mayk” ağır çəkidə boksçu David Benavidezi qeyd etmişdi.

Aut.az