Boks

Dünyanın ən yaxşı döyüşçüsü 5000 azarkeş toplaya bilmir – Tayson

Dünya boksunun əfsanəsi  Mayk Tayson müasir boksçuların populyar olmadığı qənaətindədir.

“İndi texnologiyaya görə çox asandır. Daha çox insan boksçunun döyüşünü izləyə bilər. Amma bizim vaxtımızdakı pulu qazanmırlar.

Terense Krouforda baxın. O, dünyanın ən yaxşı boksçusudur, amma 5000 azarkeşi belə özünə cəlb edə bilmir. Ən yaxşı olmaq istəyirsənsə, daha çox şey etməlisən. Əylənmək, zövq almaq lazımdır.

Müasir boksçular hər kəsə qalib gələ bilər, amma normal pul qazanıb çoxlu bilet sata bilmirlər”, – Tayson bildirib.

Aut.az