Boks

Revanş olmayacaq – Razılaşmadılar

Coşua və Dillian Uayt arasında döyüş baş tutmayacaq.

Aut.az xəbər verir ki, bu barədə promouter Eddi Hirn məlumat verib. O bildirib ki, tərəflər maliyyə məsələlərində razılığa gələ bilməyiblər.

Bununla belə, Coşua avqustun 12-də keçiriləcək döyüş üçün rəqib axtarır.

“Biz Uaytatəklif verdik, amma qəbul etmədi. Razılaşa biləcəyimizə şübhələr var, amma avqustun 12-nə planlaşdırılan döyüş hələ plandadır, rəqib axtarırıq”.

“Əsas plan, əlbəttə ki, dekabrda baş tutacağına ümid etdiyimiz Uaylderlə döyüşə hazırlaşmaqdır”, – Hirn deyib.