UFC Bakı: Fərman Həsənov qələbə qazandı
Bakıda “UFC Fight Night” turniri keçirilir.
Aut.az xəbər verir ki, azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov yarımorta çəkidə amerikalı Erik Nolanla ilə qarşılaşıb. Döyüş Həsənovun qələbəsiylə başa çatıb.
Daha əvvəl Tahir Abdullayev braziliyalı Cefferson Nasimentoya qalib gəlib.
Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
