Boksçu döyüş zamanı öldü
Nigeriyalı boksçu Qabriel Oluvasequn Olanrevaju Qanada döyüş zamanı yıxılaraq 40 yaşında dünyasını dəyişib.
Aut.az xəbər verir ki, BBC-nin Qana Boks Təşkilatına (GBA) istinadən verdiyi məlumata görə, boksçu Akkrada qanalı Con Mbanuqu ilə yüngül çəkidə keçirdiyi döyüşün üçüncü raundunda huşunu itirib.
Olanrevajuya ilkin tibbi yardım göstərildikdən sonra Korle-Bu Xəstəxanasına aparılıb və 30 dəqiqə sonra ölüb.
Olanrewajunun 13 qələbəsi (12-si nokautla), 8 məğlubiyyəti, 2 heç-heçəsi vardı.
Aut.az
