Taysondan təəccüblü etiraf: Ondan necə istifadə edəcəyimi bilmirəm
Əfsanəvi boksçu Mayk Tayson maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, internetdən necə istifadə edəcəyini bilmədiyi üçün döyüşü ilə bağlı şərhləri oxumadığını etiraf edib.
“İnternetdə heç bir xəbər oxumuram, videolara baxmıram. İş ondadır ki, mən ondan necə istifadə edəcəyimi bilmirəm. Mənə onu necə yandırmağı öyrətdilər və bu qədər. Mesaj yazmaq və ya vebsayta getmək üçün nəyə basacağımı xatırlaya bilmədim. Bunu necə edəcəyimi bilsəydim, istifadə edərdim, amma bilmirəm”, – deyə Mayk jurnalistləri təəccübləndirib.
Tayson noyabrın 15-dən 16-na keçən gecə “Texas A&T Stadium”da Ceyk Polla döyüşəcək. 80 min tamaşaçı tutumlu stadionun tam dolması gözlənilir.
Aut.az
