Usiki hədələdi: Səninlə işim yarımçıq qalıb
Boksçu Daniel Dyubua ümid edir ki, Entoni Coşuanı məğlub edə biləcək, daha sonra bir il əvvəl nokautla uduzduğu Aleksandr Usiklə döyüşəcək.
“Usik ilə yarımçıq işim var və bu mübarizə mənim inkişafımın bir hissəsidir. Uğursuzluqlarım oldu, amma indi yenidən işıqdayam. Mən Usiklə üz-üzə gəlməli və yanlış olanı düzəltməliyəm.
Coşuanı məğlub etsəm, ilk top-3 ağır çəkililərin sırasına yüksələcəm”, – Dyubua deyib.
IBF titul uğrunda mübarizə sentyabrın 21-də baş tutacaq.
Aut.az
