Bir gecəyə 100 milyon qazanacaqlar
Mayın 18-də ukraynalı Aleksandr Usik və ingilis Tayson Fyuri arasında ağır çəkidə mütləq dünya çempionu adı uğrunda çoxdan gözlənilən döyüş baş tutacaq.
Aut.az xəbətr verir ki, tarixdə ilk dəfə olaraq dünyanın aparıcı boks təşkilatlarının – WBC, WBA, IBF və WBO-nun 4 çempionluq titulu risk altında olacaq.
Boksçuların qonorarı da döyüşün statusuna uyğun gəlir. Fyuri rinqə çıxdığı üçün 69 milyon dollar alacaq. Usikdə isə bu rəqəm 34 milyon dollardır. Döyüş boksçulara 103 milyon dollar qazandıracaq. Bu da hər iki boksçunun peşəkar boks karyerasında rekord məbləğlərdir.
Üstəlik, bu, Ukrayna peşəkar boks tarixində rekord məbləğdir. Hətta onilliklər boyu ağır çəkidə hakim olan Kliçko qardaşları belə gəlir səviyyəsinə çata bilməyiblər.
Döyüş müqaviləsinin digər üstünlüyü odur ki, boksçular zəmanətli qonorar alacaqlar. Qeyd edim ki, döyüşlə bağlı müqavilədə döyüşün nəticəsindən asılı olmayaraq, bu ilin payızında Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan revanş görüşü nəzərdə tutulub.
