Boks

Məğlubedilməz dünya çempionunundan inanılmaz qərar: 26 yaşında…

Məğlubiyyətsiz dünya çempionu Şakur Stivenson şokedici paylaşım edib.

Aut.az xəbər verir ki, 26 yaşlı boksçu idmandan getdiyini açıqlayıb:

“Bütün bu axmaq cəfəngiyatları rədd edin. Gəlin mümkün olan ən böyük döyüşləri təşkil edək. Mən hazıram, amma bütün bu oyunları oynamaq və yalan danışmaq istəmirəm”.

Şakur Stivenson yüngül çəkidə WBC kəmərinin hazırkı sahibidir. O, əvvəllər WBC və WBO lələk və super yüngül çəki titullarına sahib idi. Amerikalının qüsursuz rekordu var – 21 döyüş və 21 qələbə.