Boks

O, Usikin davamçısı ola bilər? – Bu oğlanı bəyənirəm

Ağır çəkidə WBC, WBA, WBO və IBO çempionu Aleksandr Usik (23-0, 14 KO) IBF çempionu Cey Opetanın (28-0, 22 KO) perspektivini dəyərləndirib.

Aut.az xəbər verir ki, boksçu bu barədə “Boxing King Media”ya müsahibəsində danışıb.

“Mən bu oğlanı bəyənirəm. Böyük idmançı, kreyser çəkisi üzrə dünya çempionu. Opeta yaxşı məşq edirsə, çox işləyirsə – bəli, düşünürəm ki, mənim yerimi tuta bilər. Kateqoriyaları dəyişsə – bəlkə də, bilmirəm.

Çox adam deyir: “Hey, sən balacasan”. Yaxşı, deyək balacadır. Nə olsun? Yalnız istəyiniz, yalnız ürəyiniz və beyniniz qərar verir”, – Usık bildirib.

Xatırladaq ki, Opet iyunun 8-də italyan boksçusu Klaudio Skueonu (17-1, 9 KO) nokaut edərək titulunu uğurla qoruyub.

Aut.az