İngiltərə

“Şeffild Yunayted” Uaylderi ispanla əvəzlədi

“Şeffild Yunayted”in baş məşqçisi Kris Uaylder istefaya göndərilib.

Aut.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Uaylder 2023-cü ilin dekabrından “Şeffild Yunayted”ə rəhbərlik edirdi. Komanda 2024/25 mövsümündə Çempionşipdə üçüncü yeri tutub və Premyer Liqaya yüksəlmək üçün pley-off oyununda “Sanderlend”ə uduzub.

Uaylder daha əvvəl 2016-2021-ci illərdə “Şeffild Yunayted”də çalışıb.

Uaylderi “Şeffild Yunayted”in baş məşqçisi postunda əvvəllər “Sauthempton”, “Ridinq” və “Hull Siti” klublarında çalışmış 42 yaşlı ispan məşqçi Ruben Selles əvəzləyib.

Aut.az