İngiltərə

Qvardioladan emosional açıqlama: Mənim bir hissəm gedir

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda klubu tərk edəcək idman direktoru Çiki Beqiristayn  haqda danışıb.

“Mənim bir hissəm gedir. Bir dost gedir, “Barselona” tarixinin ən yaxşı komandalarından birinin memarı və burada gördüyü işlər… Onun getməsindən çoxdan xəbərim var və işinə görə çox minnətdaram. Güvəni üçün, mənə verdiyi balans üçün darıxacağam.

İşlər yaxşı getməyəndə və mən hər şeydən imtina etmək istəyəndə o, həmişə orada idi, Çiki mənə “Barselona”da çox kömək etdi və burada da mənə kömək etdi. Klub çox yaxşı qurulub, indi biz irəli getməliyik”, – “Marca” Qvardioladan sitat gətirib.

Beqiristayn 2012-ci ildən “Siti”nin idman direktoru vəzifəsində çalışır. Bundan əvvəl, 2003-2010-cu illərdə o, “Barselona”da çalışıb. Həm Kataloniyada, həm də İngiltərədə Çikinin yolları Xosep Qvardiola ilə kəsişib. Pepi “Barsa”ya baş məşqçi kimi təklif edən Beqiristayn olub. Əvvəllər onlar 1990-1995-ci illərdə klubda birlikdə oynayıb, meydandan kənarda dostluq münasibətləri saxlayıblar.

Aut.az