Darıxdırıcı futbol oynadır: Pep onu ittiham edən azarkeşə belə cavab verdi
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola, onu futbolu darıxdırıcı etməkdə ittiham edən azarkeşlərdən birinin iddialarına cavab verib.
Aut.az xəbər verir ki, azarkeşin fikrincə, Qvardiola meydanda oyunçuların istedadlarından istifadə etməkdənsə, onlardan ötürmələrlə oynamağı tələb edir.
“Onlar [azarkeşlər] məni darıxdırıcı futbol oynatmaqda günahlandırırlar? Bu yaxşıdır. Bəli, problem yoxdur, məni günahlandırın. Meydanda istedada ehtiyacınız varmı? İstədiyiniz kimi düşünə bilərsiniz”, – deyə Qvardiolanın sözlərini “Goal” sitat gətirib.
53 yaşlı mütəxəssis 2016-cı ilin yayında “Mançester Siti”nin baş məşqçisi postunu tutub. Bu müddətdə onun rəhbərliyi altında “şəhərlilər” altı dəfə İngiltərə Premyer Liqasının, dörd dəfə İngiltərə Liqa Kubokunun, iki dəfə İngiltərə Kubokunun qalibi olub, həmçinin Çempionlar Liqasında qələbə qazanıb.
Aut.az
