İngiltərə

Çex sabiq klubunu tanımır: İndi orada hər şey fərqlidir

“Çelsi”nin sabiq qapıçısı Petr Çex London komandasının hazırkı vəziyyətini qiymətləndirib.

Aut.az xəbər verir ki, Çex bu barədə “The Athletic”ə müsahibəsində bildirib.

“İndi tamamilə fərqli bir klubdur. Bəlkə də orada tam ştat işləsəydim, daha yaxşı məlumatlı olardım. Amma vəziyyətə kənar müşahidəçi kimi baxıram. “Çelsi” isə indi hər şeyi tamamilə fərqli edir. Bu klubu oynadığım “Çelsi” ilə müqayisə etmək olmaz. Komanda indi fərqli bir yanaşma, fərqli iş metodlarından istifadə edir.

Mən həmişə “Çelsi” azarkeşi olacağam, amma indi orada hər şey fərqlidir.

“Çelsi əvvəllər kubok qazanmaqla sinonim idi. Əgər son 15 ildə klubun azarkeşi olmusunuzsa, deməli, yalnız uğur görmüsünüz. İndi komanda o qədər də yaxşı deyil, ona görə də azarkeşlər suallar verməyə başlayırlar”.

Aut.az