100 milyon: “Real” “Liverpul”un daha bir ulduzunu hədəfə aldı
“Real Madrid” “Liverpul”un argentinalı yarımmüdafiəçisi Aleksis Makallisteri transfer etməkdə maraqlıdır.
Aut.az xəbər verir ki, “Fichajesin” məlumatına görə, Madrid klubu yarımmüdafiəni gücləndirmək və xorvatiyalı veteran Luka Modriçə əvəzləyici tapmaq istəyir. Bununla belə, “Liverpul” yarımmüdafiəçini 100 milyon avrodan aşağı qiymətə buraxmayacaq ki, bu da transferin baş tutmasına mane ola bilər.
“Transfermarkt” internet portalı 26 yaşlı Makallisterin transfer dəyərini 80 milyon avro qiymətləndirir. Argentinalının ingilis klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Bu mövsüm Makallister “Liverpul”un heyətində bütün turnirlərdə 24 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
Aut.az
