İngiltərə

O, Premyer Liqanın tarixinə düşdü: Ən bahalı transfer  

Yarımmüdafiəçi Florian Virtsin “Bayer Leverkuzen”dən “Liverpul”a keçidi İngiltərə Premyer Liqası tarixində ən bahalı transfer olub.

Aut.az xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.

Mənbənin məlumatına görə, mersisaydlılar 22 yaşlı futbolçu üçün 125 milyon avro ödəyib.

Virtsin transferi 2022/2023 mövsümündə yarımmüdafiəçi Entso Fernandesin “Benfika”dan “Çelsi”yə transferini üstələyib. London klubu argentinalı futbolçu üçün 121 milyon avro ödəyib.

Premyer Liqa tarixinin ilk üç ən bahalı transferini 2021/2022 mövsümündə hücumçu Cek Qrilişin “Aston Villa”dan “Mançester Siti”yə transferi (117,5 milyon avro) tamamlayır.

Aut.az