Klubsuz qaldığına görə onları işdən çıxardı
Azad agent statusuna malik olan ingilis yarımmüdafiəçisi Cessi Linqard bütün agentlərini işdən çıxarmaq qərarına gəlib.
Aut.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ona yeni klub tapa bilməyən agentlərinin işindən narazı olduğu üçün bu qərarı verib. Bu barədə “Sky Sports” məlumat yayıb.
Qeyd edək ki, Linqard 2023-cü ilin yayından klubsuzdur. Yarımmüdafiəçinin sonuncu iş yeri “Nottingem Forest” olub.
