İngiltərə

38 yaşlı qapıçı ilə müqavilə uzadılır: 5 ildə 2 oyun keçirib

Qapıçı Skott Karson “Mançester Siti” ilə yeni bir illik müqavilə imzalayacaq.

Aut.az xəbər verir ki, 38 yaşlı qolkiper Ederson və Stefan Orteqadan sonra komandada 3-cü qapıçıdır.

2019-cu ildən bəri “Siti”nin heyətində 2 oyun keçirib – 2021-ci ildə Premyer Liqada “Nyukasl”la  (4:3), 2022-ci ildə Çempionlar Liqasında “Sportinq”lə (0:0).

Eyni zamanda onun komandanın vacib üzvü və gənc futbolçulara nümunə olduğu vurğulanır.

Aut.az